Pressa.az » İqtisadiyyat » Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

16 noyabr 2026, Bazar ertəsi, 13:59
Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində tədbirlər görməlidirlər.

Bu məqsədlə dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirməli, həmçinin onları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Bir pəncərə" informasiya sisteminə inteqrasiya etməlidirlər.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.