Pressa.az » Ölkə » Ağac aşdı, evin giriş-çıxışı bağlandı - Xilas anları-Video

Ağac aşdı, evin giriş-çıxışı bağlandı - Xilas anları-Video

16 noyabr 2026, Bazar ertəsi, 08:49
Ağac aşdı, evin giriş-çıxışı bağlandı - Xilas anları-Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub.

Liderxeber.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, güclü külək nəticəsində irigövdəli ağacın aşaraq fərdi yaşyayış evinin giriş-çıxış hissəsini bağlaması səbəbindən 2 nəfər sakinin evi tərk edə bilmədiyi müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşları təxliyə ediblər.