Pressa.az » Dünya » İsrailli məktəblilər arasında ən çox yayılmış ad Məhəmməddir

İsrailli məktəblilər arasında ən çox yayılmış ad Məhəmməddir

02 sentyabr 2025, Çərşənbə axşamı, 09:43
İsrailli məktəblilər arasında ən çox yayılmış ad Məhəmməddir

İsrailli məktəblilər arasında ən çox yayılmış ad Məhəmməddir.

Liderxeber.az bildirir ki, bu barədə İsrail Daxili İşlər Nazirliyi yanında Əhalinin Qeydiyyatı İdarəsi məlumat yayıb.

Məlumata görə, birinci sinif şagirdləri, yəni 2019-cu il təvəllüdlülər arasında oğlanlara ən çox Məhəmməd, Yusef (Yusif), Adəm, qızlara isə Tamar, Miryam, Aviqayl adları verilib.

Orta məktəbdə 2013-cü il təvəllüdlülər arasında Məhəmməd və Noa adları öndədir.