Şirniyyat və kariyes haqqında əsas mif təkzib edildi

Şirniyyatlar, tortlar və qazlı içkilərin qaçılmaz olaraq kariyesə yol açdığına inanılır.
Bununla belə, şirin qidaların özü dişləri məhv etmir.
Liderxeber.az xəbər verir ki, bu barədə gazeta.ru-ya ortodont Maryana Baraqunova məlumat verib.
"Şəkər diş minasını birbaşa məhv etmir. Təhlükə yalnız dişlərin səthində və onların arasında şirin qalıqlar qaldıqda yaranır. Bu mühitdə turşular ifraz edən bakteriyalar aktiv şəkildə çoxalmağa başlayır. Həmin turşular kariyesə səbəb olur", - mütəxəssis izah edib.
Həkimin sözlərinə görə, yapışqan teksturalı məhsullar xüsusi təhlükə yaradır: iris, karamel, marmelad, zefir və şokolad batonları. Belə şirniyyatlar ağız boşluğunda uzun müddət qalır, minaya yapışır və təmizləmək çətin olan yerlərdə saatlarla qala bilir.
Şirin qazlı içkilərin də özlərində daşıdığı təhlükələr az deyil. Həkim qeyd edib ki, limonadlarda və enerji içkilərində şəkər və turşunun birləşməsi minanın məhv olmasını gücləndirir. Əgər siz bu cür içkiləri mütəmadi olaraq içirsinizsə və hərtərəfli gigiyenaya diqqət yetirmirsinizsə, kariyesin inkişaf riski bir neçə dəfə artır.
Ortodont əmindir ki, bununla belə, şirniyyat bildiyimiz qədər təhlükəli deyil.
"Əgər siz dişlərinizi düzgün və müntəzəm fırçalasanız, həmçinin əlavə gigiyena vasitələrindən - diş ipi və irriqatordan istifadə etsəniz, şirniyyatlar dişlərinizə ciddi zərər verməyəcək. Məsələ məhsulların özlərində deyil, onların ağız boşluğunda nə qədər uzun müddət qalmasındadır", - o izah edib.
Baraqunova xatırladıb ki, dişlərin effektiv fırçalanması ən azı iki dəqiqə çəkməli və gündə iki dəfə edilməlidir. Texnikaya diqqət yetirmək və yalnız dişlərin ön səthlərini deyil, həm də yanları, dişarası boşluqları və diş ətini təmizləmək vacibdir.
"Amillər üst-üstə düşəndə, (şirin yeməklər, gigiyenaya riayət etməmək və diş həkiminə nadir hallarda müraciət etmək) dişlər istər-istəməz əziyyət çəkir. Amma qulluq qaydalarına əməl etsəniz, sevimli desertinizdən ləzzət almaq kifayət qədər təhlükəsizdir", - deyə həkim yekunlaşdırıb.
Oxşar Xəbərlər:

