Pressa.az » Dünya » İran da Avstraliya səfirini ölkədən çıxarıb

İran da Avstraliya səfirini ölkədən çıxarıb

04 sentyabr 2025, Cümə axşamı, 17:07
İran da Avstraliya səfirini ölkədən çıxarıb

Avstraliyanın İrandakı səfiri Ian McConville ölkədən çıxarılıb.

Liderxeber.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai açıqlayıb. 

Onun sözlərinə görə, bu addım Avstraliyanın avqustun sonunda İran səfirini ölkədən çıxarmasına cavab olaraq atılıb. 

İranlı diplomat həmçinin Avstraliyanın son qərarının qəbuledilməz adlandırıb.

Xatırladaq ki, Avstraliya avqustun 26-da İran səfiri Əhməd Sadeqi və səfirliyin daha üç əməkdaşının ölkədən çıxarılacağını açıqlamışdı. Bu zaman həmin diplomatlara Avstraliyanı tərk etmək üçün bir həftə vaxt verilmişdi. Eyni zamanda, ölkə İrandakı səfirliyinin işinin dayandırıldığını da bildirmişdi.