Pressa.az » Dünya » CAR "Formula-1" Qran-prisinə ev sahibliyi edə bilər

CAR "Formula-1" Qran-prisinə ev sahibliyi edə bilər

06 sentyabr 2025, Şənbə, 10:00
CAR "Formula-1" Qran-prisinə ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası (CAR) hökuməti "Formula-1" üzrə Qran-prinin ölkədə keçirilməsi ilə bağlı İdman, İncəsənət və Mədəniyyət Nazirliyinin təklifini təsdiqləyib.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə CAR prezidentinin ofisi məlumat yayıb.

Məlumata görə, ölkə 2027-ci ildə Kyalami trasında "Formula-1" yarışının təşkili hüququnu əldə etməyə çalışacaq.

Xatırladaq ki, Yohannesburqun şimalında yerləşən Kyalami trası artıq 1967-1993-cü illərdə "Formula-1" Qran-prisinə ev sahibliyi edib.