Pressa.az » Dünya » Vens: "Rusiya 6 min kvadrat kilometr ərazi istəyir"

Vens: "Rusiya 6 min kvadrat kilometr ərazi istəyir"

10 sentyabr 2025, Çərşənbə, 16:52
Vens: "Rusiya 6 min kvadrat kilometr ərazi istəyir"

Ukraynada münaqişənin həllində əsas məsələlər ərazi məsələsi və Kiyevə təhlükəsizlik təminatının verilməsidir.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "One America News" telekanalına müsahibəsində bildirib.

"Məsələlərdən biri ərazidir. Rusiya, təxminən, 6 min kvadrat kilometr ərazi istəyir", - o vurğulayıb.

ABŞ-nin vitse-prezidenti qeyd edib ki, bu ərazilər hələ də Rusiyanın nəzarətinə keçməyib.

"Digər tərəfdən isə ukraynalılar təhlükəsizlik zəmanəti istəyirlər", - deyə siyasətçi əlavə edib.

Onun sözlərinə görə, ukraynalılar əmin olmaq istəyirlər ki, sövdələşmə etsələr, ruslar bir neçə aydan sonra geri qayıtmayacaqlar.