"Taliban" BMT-nin qadın əməkdaşlarının fəaliyyətinə maneə yaradır
Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" iqtidarına müraciət edərək öz qadın işçilərinin ölkədəki BMT binalarına daxil olmasına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Liderxeber.az xəbər verir ki, məlumatı BMT-nin mətbuat xidməti yayıb.
BMT-dən bildirilib ki, bir neçə gün əvvəl faktiki olaraq Əfqanıstan təhlükəsizlik qüvvələri yerli qadın işçi və podratçıların BMT-nin Kabildə yerləşən binalarına daxil olmasına mane olub.
"Təhlükəsizlik qüvvələri BMT-nin Kabil, Herat və Məzari-Şərifdəki binalarının girişlərində dayanaraq qadın əməkdaşların binaya daxil olmasına icazə vermirlər", - BMT-dən bildirilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
27 yanvar 2025, Bazar ertəsi
ABŞ "Taliban" rəhbərlərinin tutulması üçün böyük mükafat elan edə bilər
