Pressa.az » Dünya » Qəzzadakı əməliyyatlar “soyqırımı” kimi tanındı - İsrail cavab verdi

Qəzzadakı əməliyyatlar “soyqırımı” kimi tanındı - İsrail cavab verdi

16 sentyabr 2025, Çərşənbə axşamı, 12:13
Qəzzadakı əməliyyatlar “soyqırımı” kimi tanındı - İsrail cavab verdi

BMT-nin İnsan Hüquqları Şurası tərəfindən yaradılan Komissiya İsrail Müdafiə ordusunun Qəzza zolağına hücumlarını soyqırımı kimi tanıyıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb. 

“Komissiya tərəfindən bu gün nəşr edilən 72 səhifəlik araşdırmada İsrailin 2023-cü il oktyabrın 7-dən anklavda 4 soyqırımı aktı törətdiyi müəyyən edilib”, - məlumatda qeyd olunub. 

İsrail Xarici İşlər Nazirliyi isə öz növbəsində BMT-nin sözügedən hesabatına münasibət bildirib. 

Qeyd olunub ki, hesabatda yer alan bütün məlumatlar HƏMAS hərəkatının yalanlarına əsaslanıb.