Pressa.az » Dünya » Vizasız səfərlər ləğv oluna bilər - Aİ-dən Gürcüstanla bağlı xəbərdarlıq

Vizasız səfərlər ləğv oluna bilər - Aİ-dən Gürcüstanla bağlı xəbərdarlıq

05 noyabr 2026, Cümə axşamı, 10:12
Vizasız səfərlər ləğv oluna bilər - Aİ-dən Gürcüstanla bağlı xəbərdarlıq

Avropa İttifaqı (Aİ) 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirləri müzakirə etməyi planlaşdırır. 

Liderxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifrinqdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib.

Kallas məhdudiyyətlərin Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə vizasız səfərlərinə şamil edilməsi ehtimalının olduğu barədə xəbərdarlıq edib.

“Hazırda bütün variantlar nəzərdən keçirilir”, - o deyib.

Avropa Komissiyasının vitse-prezidenti Gürcüstan hakimiyyətini demokratik prinsiplərdən geri çəkilməkdə ittiham edib. 

Bundan başqa, Avropa Komissiyasının Avropa İttifaqının genişlənməsinə dair noyabrın 4-də qəbul edilmiş illik hesabatında Gürcüstanla bağlı ayrıca xəbərdarlıq yer alıb. Sənəddə Gürcüstan hakimiyyətinin demokratiyanın vəziyyəti və fundamental hüquqların qorunması ilə bağlı Avropa institutlarının iradlarını aradan qaldırmadığı qeyd olunur. 

Hesabatda həmçinin Gürcüstanın Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı, ölkənin üzvlüyə namizəd statusunun “yalnız formal olaraq” qaldığı vurğulanıb.