Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyin edilib.
Qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.
Xatırladaq ki, ötən gün Səbuhi Sadıqov dövlət başçısının Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
