Pressa.az » Dünya » Sentyabrın 21-də Günəş tutulması olacaq

Sentyabrın 21-də Günəş tutulması olacaq

16 sentyabr 2025, Çərşənbə axşamı, 13:20
Sentyabrın 21-də Günəş tutulması olacaq

Sentyabrın 21-i bu ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.

Bu barədə Liderxeber.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq və 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Azərbaycan ərazisindən isə müşahidə olunmayacaq.

Oxşar Xəbərlər: