Pressa.az » Dünya » Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək

Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək

09 iyun 2023, Cümə, 14:39
Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək.

LiderXəbər xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.

Qeyd edək ki, bu, Türkiyədə bir dövlət ənənəsidir.

Xatırladaq ki, bu il mayın 28-də Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.