Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatına bu gün start veriləcək.
Liderxeber.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.
Azərbaycanın dörd təmsilçisi bu gün xalça üzərinə çıxacaq: 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq).
Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.
