Pressa.az » Dünya » İndoneziyanın paytaxtının köçürüləcəyi tarix məlum oldu

İndoneziyanın paytaxtının köçürüləcəyi tarix məlum oldu

23 sentyabr 2025, Çərşənbə axşamı, 13:28
İndoneziyanın paytaxtının köçürüləcəyi tarix məlum oldu

İndoneziya hakimiyyəti paytaxtın Cakartadan Nusantaraya köçürülməsi prosesini 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

Liderxeber.az "Jakarta Globe" qəzetinə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri Məhəmməd Kodari bildirib.

O qeyd edib ki, İndoneziya Prezidenti Prabovo Subiantonun göstərişinə uyğun olaraq, bütün zəruri dövlət binalarının tikintisi 2028-ci ilə qədər başa çatdırılacaq.

Xatırladaq ki, 2014-2024-cü illərdə İndoneziya prezidenti olan Coko Vidodo 2019-cu ildə İndoneziyanın paytaxtının Cakartadan köçürülməsi ideyasını irəli sürmüşdü. Meqapolisin əvvəlcə 2024-cü ilə qədər Kalimantan adasında salınacağı planlaşdırılırdı. Bu məqsədlə 32 milyard dollara yaxın vəsait ayrılsa da, koronavirus pandemiyası səbəbindən layihənin icrası dayandırılmışdı.