İranda tanker partladı: Yaralananlar var
İranın Mazandaran əyalətinin Fəridunkənar məhəlləsində yanacaq daşıyan tanker partlayıb.
Liderxeber.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, insident tanker üzərində qaynaq işləri aparılarkən baş verib.
Güclü partlayış nəticəsində iki nəfər xəsarət alıb, yaxınlıqda yerləşən yaşayış məntəqələrinə ciddi ziyan dəyib, beş avtomobil yararsız hala düşüb.
Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri qırılıb, bir neçə mağaza da zərər görüb.
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda partlayışın dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
26 oktyabr 2023, Cümə axşamı
Qaynaq və şellak etdirən xanımların diqqətinə! Dırnaqlarınız çürüyə bilər
18 oktyabr 2024, Cümə
Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4
05 oktyabr 2023, Cümə axşamı
Ermənilərin Azərbaycanın yaşayış məntəqələrində törətdikləri ikinci terrordan üç il ötür
