Pressa.az » Dünya » Bodrumda qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Bodrumda qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

24 oktyabr 2025, Cümə, 15:54
Bodrumda qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Türkiyənin Muğla bölgəsinin Bodrum sahillərində qaçaq (qeyri-qanuni) mühacirləri daşıyan rezin qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Liderxeber.az"DHA"ya istinadən xəbər verir ki, qayıqda 18 nəfərin olduğu dəqiqləşdirilib.

Batan qayıqda olan iki nəfər xilas edilib, itkin düşən digər iki nəfərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Əraziyə Sahil Mühafizəsinin üç qayığı, bir helikopteri və Sahil Mühafizəsinin Xüsusi Dalğıc Qrupu (SAD) göndərilib

Türkiyənin Muğla bölgəsinin Bodrum sahillərində qaçaq (qeyri-qanuni) mühacirləri daşıyan rezin qayıq batıb.

Liderxeber.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə zamanı 7 nəfər batıb, 2 nəfər sağ qalıb.

Ölənlərin cəsədləri sudan çıxarılıb.Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.Bodrumda qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb