Braziliyadakı COP30 konfransına gedəcək dövlət başçılarının sayı gözlənildiyindən dəfələrlə az olub
Braziliyanın Belem şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransında (COP30) 10-dan az dövlət başçısı iştirak edəcək.
Liderxeber.az-ın məlumatına görə, bu barədə "Poder360" xəbər portalı məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, əvvəllər Braziliya rəhbərliyi 57 liderin iştirakı barədə məlumat vermişdi. Bununla belə, hazırkı məqama qədər yalnız doqquz dövlət və hökumət başçısı rəsmi olaraq iştirakını təsdiqləyib. Onların arasında Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa, Fransa lideri Emmanuel Makron, Britaniyanın Baş naziri Kir Starmer və digər Afrika və Avropa siyasətçiləri var. Qeyd olunur ki, iştirakçılar noyabrın 6-da Belemdə toplaşacaqlar və bu görüş konfransa hazırlığa həsr olunacaq.
Qeyd edək ki, COP30 Braziliyanın şimalında yerləşən Para ştatının paytaxtında 10-21 noyabr tarixlərində keçiriləcək. Təşkilatçılar bildiriblər ki, iqlim konfransından əvvəl, noyabrın 6-sı və 7-də sammit keçiriləcək.
