Avropada ilk sürücüsüz elektrik avtobusu işə başlayıb
Finlandiyanın Tampere şəhərində pilotsuz elektrik avtobusu hərəkətə başlayıb.
Liderxeber.az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, bu, ölkədə sürücüsüz nəqliyyat vasitəsinin ilk dəfə rəsmən ictimai nəqliyyat sisteminin daimi hissəsinə çevrildiyi haldır.
Avtobus 12 sərnişin üçün nəzərdə tutulub və uşaq arabalarını da daşıya bilir.
İlkin mərhələdə avtobusda təhlükəsizlik işçisi olacaq, lakin 2026-cı ilin yazından etibarən onun tamamilə avtonom rejimdə işləməsi planlaşdırılır.
Bundan sonra onun hərəkətinə uzaqdan idarəetmə mərkəzindən nəzarət ediləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
17 iyul 2024, Çərşənbə
“Azyaşlını nəzarətsiz qoyub deyirlər ki, uşaq mənimdir, özüm bilərəm” – AÇIQLAMA
