Pressa.az » Dünya » Moskvada tətbiq edilən əks-terror əməliyyatı rejimi ləğv edilib

Moskvada tətbiq edilən əks-terror əməliyyatı rejimi ləğv edilib

26 iyun 2023, Bazar ertəsi, 11:00
Moskvada tətbiq edilən əks-terror əməliyyatı rejimi ləğv edilib

Rusiya paytaxtında tətbiq edilən əks-terror əməliyyatı rejimi ləğv edilib.

Liderxəbər xəbər verir ki, Moskva meri Sergey Sobyanin özünün Telegram kanalında əks-terror əməliyyatı rejimi ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlərin götürüldüyünü elan edib.

“Biz əks-terror əməliyyatı rejiminin tətbiqi ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırırıq” deyən Sobyanin paytaxt sakinlərinə “sakitlik və anlayışa görə” təşəkkürünü bildirib.

Paytaxt meri əlavə edib ki, iyulun 1-də məktəblilər üçün buraxılış mərasimi keçiriləcək.

Qeyd edək ki, əks-terror əməliyyatı rejimi iyunun 24-də "Vaqner" rəhbəri Yevgeni Priqojinin hərbi qiyam cəhdi fonunda tətbiq edilmişdi.