İran tərəfindən səfirliyə hücumla bağlı açıqlama
Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama verib.
LiderXəbər İran mediasına istinadən xəbər verir ki, silahlı hücum edən şəxs səfirliyə iki azyaşlı uşağı ilə daxil olub.
O bildirib ki, ilkin məlumata görə, hücumun səbəbi şəxsi və ailə problemləri olub.
Sözügedən şəxs polis tərəfindən saxlanılıb.