Milli Məclisin komitəsi nikah yaşının aşağı salınmasının səbəblərinin izah olunması üçün layihə hazırlayıb
“Ailə Məcəlləsində erkən yaşda nikah sözünün tərifinin verilməsi və nikah yaşının bir yaş aşağı salınmasının səbəblərinin göstərilməsi zərurəti yaranıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı qanunvericilik layihəsi hazırlayıb və aidiyyəti üzrə göndərib”.
LiderXəbər xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova yanvarın 18-də parlamentdə keçirilən komitə iclasında çıxışı zamanı deyib.
O bildirib ki, uşaqlara qarşı zorakılıq, xüsusilə də cinsi zorakılıq faktları ilə bağlı məsuliyyətin qəbul edilməsinə ciddi ehtiyac var.
Oxşar Xəbərlər:
12 yanvar 2023, Cümə axşamı
Azərbaycanda media subyektlərinin 3 il müddətində vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır