İsraillə ABŞ İrana zərbə endirdi
İsrail İrana qabaqlayıcı zərbə endirib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Xarici İşlər Nazirliyi açıqlayıb.
Bildirilib ki, Müdafiə Nazirliyi bütün ölkə boyu fövqəladə vəziyyət rejimi elan edib.
“İsrail Dövləti ölkəyə qarşı təhlükəni aradan qaldırmaq məqsədilə İrana qarşı preventiv zərbə endirib. Müdafiə naziri İsrael Kats xüsusi Fərman imzalayıb və həmin Fərmana əsasən İsrail Dövlətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunur”, - məlumatda vurğulanıb.
***
“New York Times” rəsmi mənbələrə istinadən İrana hücumda ABŞ-nin də iştirak etdiyini yazıb.
***
“Fars” agentliyinin məlumatına görə, Tehranla yanaşı, İsfahan, Qum, Kərəc və Kirmanşahda da partlayış səsləri eşidilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
11 dekabr 2025, Cümə axşamı
Yango və Nar Yeni il əhval-ruhiyyəsi bəxş edir: 400 şans və avtomobil udmaq imkanı
