Pressa.az » Dünya » Zelenski Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazaları yerləşdirmək istəyir

Zelenski Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazaları yerləşdirmək istəyir

10 aprel 2026, Cümə, 14:00
Zelenski Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazaları yerləşdirmək istəyir

"Kiyev təhlükəsizlik zəmanəti olaraq ölkə daxilində Amerika Birləşmiş Ştatları və Avropa dövlətlərinə məxsus hərbi bazaların qurulmasını planlaşdırır".

Liderxeber.az xəbər verir ki, bu barədə "Suspilne" nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.

"Ukrayna ərazisində ABŞ-nin və ya Amerika ilə Avropanın müştərək hərbi bazası yerləşərsə, qarşılaşdığımız risklər əhəmiyyətli dərəcədə azalacaq", - deyə Ukrayna lideri bildirib. O əlavə edib ki, müdafiə zəmanətləri, eyni zamanda, Qərbə məxsus hava hücumundan müdafiə sistemlərinin lazımi miqdarda tədarükünü və Ukrayna ordusunun davamlı maliyyələşdirilməsini ehtiva etməlidir.

"Rəsmi Kiyev olaraq biz öz təkliflərimizi təqdim edəcəyik, tərəfdaş ölkələr isə bu layihəyə dair öz mövqelərini bildirəcəklər, bu barədə artıq razılıq əldə olunub", - deyə Zelenski qeyd edib.