“Sarmat” sistemi Rusiya ordusunun döyüş növbəsinə verilib
“Sarmat” strateji raket sistemi Rusiya ordusunun döyüş növbəsinə verilib.
Liderxəbər xəbər verir ki, bu barədə “Roskosmos”un rəhbəri Yuri Borisov bildirib.
Qeyd edək ki, kompleksin bir mərmisinin çəkisi 200 tondan artıqdır. Atış məsafəsi 18 min km-dir.
Bu raketin ilk uğurlu sınaqları 2022-ci ilin aprelində baş tutub. Rusiya Müdafiə Nazirliyi Sarmatı “dünyanın ən geniş hədəf diapazonuna malik ən güclü raketi” adlandırıb.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər