İsrail Müdafiə Naziri: "Livanla atəşkəs müvəqqətidir, ordu geri çəkilməyəcək"
İsrailin müdafiə naziri İsrael Katz Təl-Əviv və "Hizbullah" qruplaşması arasında qüvvəyə minən 10 günlük atəşkəsin müvəqqəti olduğunu qeyd edib. O bildirib ki, İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisini tərk etmir və bu ölkədəki yarımçıq qalmış hərbi tapşırıqlar lazım gələrsə, güc yolu ilə tamamlanacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə "The Times of Israel" portalı məlumat verib.
Bildirilib ki, İsrail ordusu nəzarətə götürdüyü və təmizlədiyi bütün bölgələrdə mövqelərini qoruyur və bunu davam etdirəcək.
O, əlavə edib ki, qarşıya qoyulan əsas məqsəd - "Hizbullah"ın hərbi arsenalının diplomatik və ya hərbi yollarla ləğv edilməsi missiyası əməliyyatın dəyişməz hədəfi olaraq qalır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
09 oktyabr 2024, Çərşənbə
Hadrutun işğaldan azad olunmasından dörd il ötür - "Qeyri-bərabər döyüşdə düşməni darmadağın etdik"
