Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb
Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Liderxəbər xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilib ki, ölənlərdən daha birinin meyiti Çançaxi çayının yatağında tapılıb. Daha bir nəfərin axtarışlarının aktiv şəkildə davam etdirildiyi qeyd olunub.
Qeyd edək ki, təbii fəlakət avqustun 3-də baş verib. Hadisə ilə əlaqədar avqustun 7-də Gürcüstanda matəm elan edilib.
Oxşar Xəbərlər:
14 fevral 2023, Çərşənbə axşamı
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin hamısının meyiti tapılıb
08 fevral 2023, Çərşənbə
Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Adanadadır, onlar Kahramanmaraşa gedəcəklər