“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”
“Tehran İsveçrədə keçirilən müzakirələr zamanı, Qətər və Pakistanın vasitəçiliyi sayəsində neft ixracı və İranın dondurulmuş aktivlərinin açılması da daxil olmaqla bir sıra məsələlər üzrə razılıq əldə edib”.
Liderxeber.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O qeyd edib ki, Pakistan və Qətərin vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.
“Neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb, həmçinin İranın bərpası və inkişafı üçün genişmiqyaslı plan işə salınıb”, - Əraqçi vurğulayıb.
Oxşar Xəbərlər:
12 iyn 2025, 17:40
30 apr 2025, 16:00
12 mar 2025, 13:25
