Avstriyada qoyunları canavardan qorumağın qeyri-adi üsulu tapılıb
Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi bir "zireh" hazırlayıb.
Liderxeber.az "Oddity Central" nəşrinə istinadən xəbər verir ki, fermer bu addımı Avstriya və qonşu Almaniyada ev heyvanlarına canavar hücumlarının artması səbəbindən atıb.
Qeyd olunur ki, bu ixtiranın hazırlanmasına təxminən üç il vaxt sərf olunub. Müəllifin ideyasına görə, üzərində tikanlı çıxıntılar olan yüngül plastik tor qoyunların hərəkətinə mane olmur.
Ehtimal edilir ki, canavar hücum zamanı tikanlardan ağrı hiss etdikdən sonra qoyuna təkrar hücum etməyə cəhd göstərməyəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
13 may 2024, Bazar ertəsi
Üzümçülük İnstitutunun fermerlərə tövsiyə istiqamətində tədqiqatları davam edir

