Danimarkadan radikal addım: Məktəblərdə mobil telefonlar tam qadağan edilir
"Danimarkada məktəblərdə mobil telefonların istifadəsinə tam qadağa qoyulmalıdır".
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Mette Frederiksen bəyan edib.
"Qadağa həm siniflərdə, həm də məktəb həyətlərində qüvvədə olmalıdır", - deyə o bildirib.
Təxminən bir il əvvəl ibtidai məktəblərdə mobil telefonların qadağan edilməsi barədə artıq siyasi razılaşma əldə olunmuşdu. Lakin parlament seçkisinin keçirilməsi səbəbindən qanun layihəsi qəbul edilməmişdi.
Oxşar Xəbərlər:
26 yan 2024, 17:32
08 okt 2025, 11:01
22 apr 2024, 13:08
13 iyn 2023, 11:31
