Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda təxminən 67 milyon il yaşı olan dinozavr skeleti satılıb.
Oxu.Az ABC telekanalına istinadən xəbər verir ki, söhbət tirannozavr reksin daha kiçik ölçülü qohumu hesab edilən nanotirannusun skeletindən gedir.
Satışa çıxarılan nadir skeletə xüsusi ad verilib. Sümükləri aşkar edən şəxsin şərəfinə qalıqlar "Codi" adlandırılıb. "Sotheby's" beynəlxalq hərrac evində keçirilən satış zamanı skeletə görə 47/3 milyon dollar ödənilib.
Halbuki hərrac təşkilatçıları skeletin 6-9 milyon dollar arasında qiymətə satılacağını gözləyirdilər. Təxminən 12 dəqiqə davam edən hərracın sonunda skeleti əldə edən şəxs kimliyinin gizli saxlanılmasını istəyib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 aprel 2025, Çərşənbə
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"
