Yeni Ombudsman seçiləcək
Milli Məclisdə yeni Ombudsman seçiləcək.
Liderxeber.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələ müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Xatırladaq ki, hazırkı Ombudsman Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Prezidentin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən bu vəzifəyə seçilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
30 sentyabr 2024, Bazar ertəsi
VII çağırış Milli Məclisin ilk plenar iclası başlayıb, komitə üzvləri seçiləcək
