Mandarin kökəlmənin qarşısını alır
Mandarin qış aylarının əvəzolunmaz meyvələrindən biridir.
Dadlı olması ilə yanaşı, bu meyvənin bir çox xeyri də var. Mandarinin faydalarını sizinlə bölüşürük.
Kökəlmənin qarşısını alır
Mandarin tərkibindəki liflərin çox olması səbəb ilə insanı uzun müddət tox tutar. Bu meyvəni yedikdən sonra bədənə qəbul olunan kalori miqdarı azalır. Eyni zamanda mandarinin tərkibindəki liflər immun sistemini möhkəmləndirir, yaddaşı gücləndirir.
Sümük əriməsinin qarşısını alır
Mandarinin tərkibində kalsium olması sümüklərin sağlamlığı üçün xeyirlidir. Bu ilərləyən illərdə sümük əriməsinin yaranmasının qarşısını alır.
Xərçəngə qarşı qalxan
Mandarinin tərkibindəki C vitamini ağciyər, sinə, yemək borusu xərçənginin yaranmasının qarşısını alır. Zəngin C vitamini kollagen sintezi üçün çox önəmlidir. Kollagen yaraların tez sağalmasına kömək edir. C vitamini həm də qidalardan alınan dəmir minerallarının qəbulunu asandlaşdırar.
Hüceyrələri yeniləyir
Tərkibindəki B vitamini yeni hüceyrələrin yaranmasına səbəb olar.
Qabığından çay hazırlayın
- Bu meyvə iştahı açar, metobolizmi canlandırar.
- Ayaqda yaranan göbələk xəstəlikləri və bir çox dırnaq xəstəliyinin sağalması üçün əvəzsizdir.
- Yeməkdən 20 dəqiqə əvvəl bu çayı içərək həzm sistemini yaxşılaşdırmaq mümkündür.