Pressa.az » Dünya » Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər

Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər

06 noyabr 2026, Cümə, 10:59
Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər

Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüş, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunacaq. 

Liderxeber.az “Strana.ua”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.  

“Yaxın günlərdə Əbu-Dabidə keçiriləcək danışıqları gözləyirik. Biz əsas diqqəti təhlükəsizlik məsələlərinə, etimadın möhkəmləndirilməsi tədbirlərinə və Zelenski ilə Putin arasında potensial görüşün mümkün gündəliyi üzərində cəmləşdirəcəyik”, - o bildirib.

Qeyd edək ki, 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək işçi səviyyəli danışıqlara ABŞ vasitəçilik edəcək.