Pressa.az » Cəmiyyət » DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

05 noyabr 2026, Cümə axşamı, 17:17
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 5-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 179 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.