İsrail ordusu “İslami Cihad”ın komandirlərindən birini öldürüb
İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces - IDF) ötən gecə İordan çayının qərb sahili bölgəsinin şimal hissəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 4 nəfəri öldürüb.
LiderXəbər xəbər verir ki, bu barədə Fələstinin rəsmi “Wafa” xəbər agentliyi məlumat yayıb.
Hücum zamanı ən azı 12 nəfərin yaralandığı da qeyd olunub.
Öldürülən şəxslərin arasında Fələstinin “İslami Cihad” təşkilatının yerli qruplarından birinin səhra komandiri Ayser Mohammad Al-Amer olduğu bildirilib.
Həmçinin əlavə edək ki, "The Times of İsrael" nəşrinin yazdığına görə, İsrail Müdafiə Qüvvələri tərəfindən məlumat rəsmi şəkildə təsdiqlənib.
Oxşar Xəbərlər:
18 oktyabr 2023, Çərşənbə
İsrail Qəzzada xəstəxananı “İslami Cihad” təşkilatının bombaladığını iddia edir
17 oktyabr 2023, Çərşənbə axşamı
Yeni Zelandiya İsrail və Qəzzaya humanitar yardım məqsədilə 3 milyon dollar ayıracaq