Pressa.az » Dünya » Yaponiya Rusiya və Ermənistan şirkətlərinə sanksiya tətbiq edib

Yaponiya Rusiya və Ermənistan şirkətlərinə sanksiya tətbiq edib

15 dekabr 2023, Cümə, 08:56
Yaponiya Rusiya və Ermənistan şirkətlərinə sanksiya tətbiq edib

Yaponiya İqtisadiyyat Nazirliyi Rusiyadan 57, Belarusdan isə 27 şirkətə qarşı yeni sanksiyalar paketi təqdim edib.

LiderXəbər-in məlumatına görə, anti-Rusiya tədbirləri çərçivəsində Tokio Ermənistan, BƏƏ, Suriya və Özbəkistandan olan bir sıra şirkətlərə qarşı da məhdudiyyətlər tətbiq edib.

Eyni məhdudlaşdırıcı tədbir siyahıdakı bütün hüquqi şəxslərə də şamil olunacaq: Yaponiya öz ərazisində siyahıda olan hər hansı şirkətə aid ən azı bəzi aktivləri aşkar edərsə, onları donduracaq.