Pressa.az » Dünya » Hatayda baş vermiş zəlzələdə jurnalist və ailə üzvləri həlak olub

Hatayda baş vermiş zəlzələdə jurnalist və ailə üzvləri həlak olub

09 fevral 2023, Cümə axşamı, 18:35
Hatayda baş vermiş zəlzələdə jurnalist və ailə üzvləri həlak olub

Türkiyənin “Anadolu” agentliyinin müxbiri Burak Milli və onun ailə üzvləri bu ölkənin Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

LiderXəbər xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Bildirilib ki, Burak Milli (31), onun həyat yoldaşı Ayşen Milli (30) və 5 aylıq qızları Eylul Lina Hatayın cənubundakı İskenderun şəhərində yerləşən binanın dağıntıları altında qalıblar.

Xilasedicilər jurnalistin və onun ailə üzvlərinin meyitlərini dağıntılar arasından yalnız 4 gündən sonra çıxara biliblər.