Türkiyədə zəlzələnin 261-ci saatında 2 nəfər dağıntılar altından sağ çıxarılıb
Türkiyənin Hatay vilayətində zəlzələnin 261-ci saatında dağıntılar altında qalan iki nəfər xilas edilib.
Liderxəbər “Anadolu”ya istinadən xəbər verir ki, Hatayın mərkəzi Antakya rayonunda zəlzələnin 261-ci saatında binanın dağıntıları altından 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcı xilas edilib.
Sözügedən şəxslər Odabaşı məhəlləsindəki xüsusi xəstəxananın dağıntıları altında qalıblar. Axtarış-xilasetmə qrupu dağıntılar üzərində iş apararkən onların sağ olduğunu müəyyən ediblər.
Qeyd edək ki, fevralın 6-sı səhərə yaxın və ondan 9 saat sonra Türkiyənin 10 vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Nəticədə, bu saata qədər 38 044 nəfər həlak olub, 108 068 nəfər isə yaralanıb.
Oxşar Xəbərlər:
07 fevral 2023, Çərşənbə axşamı
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeniliklər açıqlanıb
14 fevral 2023, Çərşənbə axşamı
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin hamısının meyiti tapılıb
16 fevral 2023, Cümə axşamı
Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-yə çatıb, 108 068 nəfər yaralanıb