Pakistanda Polis İdarəsinə hücum olub, 1 nəfər yaralanıb
Pakistanın Kəraçi şəhərində 8-10 silahlı şəxs Kəraçi Polis İdarəsinə hücum edib.
LiderXəbər xarici KİV-ə istinadən xəbər verir ki, Kəraçi polis rəisi Cavid Alem Odho atışmanı təsdiqləyib və bir polisin yaralandığını bildirib.
Səlahiyyətlilər hücum edənlərlə polis arasında qarşıdurmaların davam etdiyini bildirib.
Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.