Pressa.az » Dünya » İspaniyanın Baş naziri Ukraynaya gedəcək

İspaniyanın Baş naziri Ukraynaya gedəcək

22 fevral 2023, Çərşənbə, 22:02
İspaniyanın Baş naziri Ukraynaya gedəcək

İspaniyanın Baş naziri Pedro Sançes bu gün Ukraynaya səfər edəcək.

LiderXəbər xəbər verir ki, bu haqda İspaniyanın “La Razon” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, bu, təhlükəsizlik baxımından hökumət başçısının rəsmi gündəliyinə daxil edilməyən ciddi məxfilik şəraitində olan səfərdir.

Vurğulanır ki, Kiyevə səfər “İspaniyanın müttəfiqlər qarşısında öhdəlikləri” çərçivəsindədir.