Qondarma “DQR”in keçmiş “müdafiə naziri”nin həbs müddəti 2 ay uzadılıb
Qondarma “DQR”in keçmiş “müdafiə naziri” Mikael Arzumanyanın həbs müddəti daha 2 ay uzadılıb.
LiderXəbər “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Xatırladaq ki, onun barəsində vəzifə öhdəliklərinə qarşı məsuliyyətsiz yanaşma ittihamı (Arzumanyan guya Şuşanı Azərbaycana təslim edib) irəli sürülüb.