Pressa.az » Dünya » Paşinyanın helikopteri təcili eniş etdi

Paşinyanın helikopteri təcili eniş etdi

25 may 2024, Şənbə, 18:24
Paşinyanın helikopteri təcili eniş etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın içərisində olduğu helikopter Lori vilayətində Vanadzor stadionuna təcili eniş edib.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı “Haykakan Jamanak” yayıb. İlkin məlumata görə, Paşinyan Taşir şəhərinə səfərə yollanırmış.

Paşinyan feysbuk hesabında hadisə ilə bağlı paylaşım edib və hər şeyin qaydasında olduğunu bildirib. Onun sözlərinə görə, helikopteri əlverişsiz hava şəraitinə görə təcili eniş edib: “Pis hava şəraitinə görə helikopterimiz Vanadzorda planlaşdırılmamış eniş etdi. Hazırda səfərə avtomobillə davam edirik. Hər kəsə xoş gün arzulayıram”.