Türkiyədə prezident seçkiləri təxirə salınmayacaq
Türkiyədə 14 mayda keçirilməsi gözlənilən prezident seçkiləri təxirə salınmayacaq.
Liderxəbər-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında bildirib.
“Yaxşı bilin ki, İnşallah, bu xalq mayın 14-də lazım olanı edəcək”, - Türkiyə dövlət başçısı vurğulayıb.