BMT: Qəzzada hərbi əməliyyatların intensivləşdiyi müşahidə edilir
"Qəzzada hərbi əməliyyatların intensivləşdiyini müşahidə edirik və biz humanitar atəşkəs istəyirik".
Liderxeber.az-ın ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. Dujarrik tərəfləri atəşkəsə səsləyib: "Girovlar azad edilməlidir və mülki əhalinin humanitar atəşkəsə ehtiyacı var. Ancaq humanitar atəşkəs olarsa onlar özlərini təhlükəsiz hiss edə, ehtiyac duyduqları humanitar yardımı ala bilərlər". Sözçü qeyd edib ki, Qəzzada telekommunikasiya şirkətlərinin yanacağı tükənir və bu, baş verərsə BMT bölgədən baş verənlərdən xəbərdar ola bilməyəcək: "Yanacaq tükənərsə, mobil telefon xidməti və internetə çıxış olmayacaq. Bu da təkcə mülki şəxslərə birbaşa təsir etməyəcək, bizim humanitar fəaliyyətimizə birbaşa təsir edəcək. Əməliyyatlar getdikcə çətinləşir, daha təhlükəli olur".