Pressa.az » Dünya » İranda prezidentliyə 3 namizəd qeydə alınıb

İranda prezidentliyə 3 namizəd qeydə alınıb

30 may 2024, Cümə axşamı, 17:43
İranda prezidentliyə 3 namizəd qeydə alınıb

Bu gündən İranda növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesinə başlanılıb.

Liderxeber.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, hazırda 3 namizəd rəsmi olaraq qeydiyyata alınıb. Bu barədə məlumatı isə İranın Seçki Qərargahının nümayəndəsi Mohsen Eslami açıqlayıb.

Onun sözlərinə görə, indiyə qədər sənəd təqdim edən şəxslərdən yalnız üçünün qeydiyyatı təsdiq edilib.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-nə qədər davam edəcək. Namizədlərin yekun siyahısı iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.