Pressa.az » Siyasət » Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb

Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb

06 yanvar 2024, Şənbə, 17:30
Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb

Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.
LiderXəbər-in xəbərinə görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.

Bundan əvvəl MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.
MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın 2023-cü il dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın 2023-cü il dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib. Dekabrın 31-də isə namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.