İrandakı seçkilərdə 4 qadın namizəd kimi qeydə alındı
İranda prezident seçkilərində iştirak etmək üçün 4 qadın qeydiyyatdan keçib.
Liderxeber.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Onların hamısı İran parlamentinin (Məclisin) keçmiş deputatları– Zöhrə İlahiyan, Seyedeh Həmidə Zarabadi, Həcər Çenarani və Rafat Bayatdır. Qeyd edək ki, iştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq. Növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Oxşar Xəbərlər:
03 iyun 2024, Bazar ertəsi
İranın sabiq vitse-prezidenti seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib