Pressa.az » Dünya » Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib

Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib

06 iyun 2024, Cümə axşamı, 08:41
Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib

“Yalnız narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqi ABŞ-da narkotik problemini həll edə bilər”.

Liderxeber.az xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Fentanil bizim insanlarımızı öldürür. Narkotik tacirləri üçün ölüm cəzasını tətbiq etməyincə, siz heç vaxt narkotik problemini həqiqətən həll etməyəcəksiniz ”, - deyə o qeyd edib. Daha əvvəl “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask fentanil saxlamağa görə sərt cəzaların tətbiqini təklif etmişdi.