İlon Mask bir gündə təxminən 13 milyard dollar itirib
“Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti bir gündə 12,6 milyard ABŞ dolları azalıb.
LiderXəbər xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, bu, 2023-cü ilin əvvəlindən bəri iş adamına dəyən ən böyük maddi ziyandır. Milyarderin sərvətinin belə nəzərəçarpacaq dərəcədə azalmasına səbəb kimi bu ilin birinci rübündə “Tesla”nın səhmlərinin 9,75 % aşağı düşməsi və “Starship” kosmik gəmisinin prototipinin partlaması göstərilib.
Bundan başqa, İ.Mask tviter istifadəçilərinin böyük bir hissəsinin aylıq 8 ABŞ dolları olan ödənişli “Twitter Blue” abunəliyini yeniləməkdən imtina etməsi səbəbindən pul itirib.
Qeyd edək ki, 51 yaşlı amerikalı sahibkarın sərvəti təxminən 164 milyard ABŞ dolları qiymətləndirilir.